Fikrət Qoca: “Müharibə tərəfdarı deyiləm"

Fikrət Qoca: “Müharibə tərəfdarı deyiləm"
17 iyul 2020
# 11:52

“Ermənilərin törətdiyi təxribat qudurğanlıqdır”.

Bu sözləri Xalq şairi Fikrət Qoca Kulis.az-a açıqlamasında son günlər baş verən hadisələrə fikir bildirərkən söyləyib.

“Cəbhədə baş verənlər hamımızı düşündürür. Düşmənə lazımı cavabı verdik, amma bu elə həssas məsələdir ki, gərək böyükləri dinləyək, məsləhət alaq. Ali baş komandanımızın söylədiklərinə riayət edək. Güclü ordumuz var”.

F.Qoca daha sonra bunları əlavə edib:

“Onlar bilirlər ki, biz güclüyük. Ona görə də başqa dövlətlərdən kömək istəyirlər. Müharibə tərəfdarı deyiləm. Çünki müharibədə insanımız ölür. Buna rəğmən ordumuzun, xalqımızın yanındayam”.

# 2909 dəfə oxunub

Müəllifin son yazıları

# # #