“Azərbaycan tamamilə fərqli insanları bir araya gətirmək üçün unikal və demokratik platformadır”.
APA-nın məlumatına görə, bunu Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gəlmiş ukraynalı müğənni Ruslana deyib. O bildirib ki, hər zaman Azərbaycanda mədəniyyət layihələrində, "Eurovision"la bağlı proseslərdə iştirak edir: "Mən muğamı öyrənirəm. Buraya mən Ukraynanın, “Maydan”ın səsi kimi dəvət olunmuşam. Burada insanların dünyanı necə dəyişə biləcəyini müzakirə edirik. Yeni liderlər yeni dünya yaratmağa qadirdirlər".