Kiçik səhnədə Bekket

Kiçik səhnədə Bekket
19 dekabr 2013
# 11:36

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu ilin sonuna kiçik səhnənin açılışını nəzərdə tutur. Teatrdan Kulis.az-a verilən xəbərə görə, dekabr ayının 24-də saat 1600da teatr ilk olaraq kiçik səhnədə S.Bekketin “Sözsüz” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirəcəkdir.

Quruluşçu rejissoru İsa Əsədov, səhnə və musiqi tərtibatçısı Müşfiq Əliyev, işıq rəssamı Vadim Kuskova məxsus tamaşada ifaçı Respublikanın Əməkdar Artisti Şövqi Hüseynovdur.

Absurd teatr elementləri üslubunda hazırlanan tamaşanın son məşqləri başa çatmaq üzrədir.

Gənc Tamaşaçılar Teatrının 45 nəfərlik tamaşaçı tutumu olan kiçik səhnəsində hər həftə mono və kiçik həcmli tamaşaların nümayişi nəzərdə tutulur.

# 1410 dəfə oxunub

Müəllifin son yazıları

# # #