DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) könüllülər axtarır

DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) könüllülər axtarır
20 iyul 2023
# 18:30

Azərbaycanın ilk müstəqil, sənədli film festivalı olan DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) festivalın təşkilatçılarına açılış və bağlanış mərasimlərində, filmlərin nümayişinin təşkilində, tamaşaçıları istiqamətləndirməkdə, bacarıq və biliklərinə uyğun gələcək şəkildə hər hansı mümkün dəstəyi təmin edəcək könüllülər axtarır.

Kulis.az xəbər verir ki, könüllülər 26 sentyabr – 1 oktyabr 2023-cü il tarixlərində festivalda iştirak edəcək, film dünyasına səyahət, bəzi yerli və beynəlxalq film ekspertləri ilə real görüş imkanı və festival həyatından dəyərli təcrübə qazanacaqlar.

Könüllülər DokuBaku BSFF 2023-ün bir hissəsi olmaq üçün ərizə ilə müraciət etməlidirlər. Müraciət edənin elektron poçt ünvanına müraciətinin qəbul edildiyi barədə bildiriş gəlirsə, deməli ilkin mərhələdən keçib. İkinci bildiriş gəldiyi təqdirdə, namizəd müsahibəyə dəvət olunacaq.

Qeydiyyat üçün link: https://cutt.ly/hwo0jpC1

# 819 dəfə oxunub

Müəllifin son yazıları

# # #