Yeni film çəkilir

Yeni film çəkilir
11 avqust 2015
# 09:37

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə "Onun atası" adlı qısametrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, psixoloji dram janrında olan yeni ekran əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

# 949 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #