Gənc rəssamların əsərləri sərgilənəcək

Gənc rəssamların əsərləri sərgilənəcək
30 yanvar 2020
# 17:08

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq.

İttifaqdan Kulis.az-a verilən məlumata görə, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.

Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq.

Qeyd edək ki, dörd gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

# # #