Zamin Hacının sözlərinə mahnı yazıldı – Mətn – Fotolar

Zamin Hacının sözlərinə mahnı yazıldı – Mətn – Fotolar
19 fevral 2021
# 09:39

Bəstəkar Firudin Allahverdi tanınmış jurnalist-şair Zamin Hacının sözlərinə mahnı yazıb.

Kulis.az-ın verdiyi xəbərə görə, “Elə bilirsən ki” adlanan mahnını müğənni, Əməkdar artist Zaur Əmiraslanov ifa edib.

Mahnının sözlərini və səs yazısını təqdim edirik.

Elə bilirsən ki, yağışdı yağan
Açmısan ovcunu göyün üzünə.
Elə bilirsən ki, sənsiz darıxan,
Baxmaq istəyən var sənin üzünə.

Elə bilirsən ki, küləkdi əsən,
Ürəyin sinəndə yarpaq kimidi.
Elə bilirsən ki, sənindi ömür -
Düşmən əlindəki torpaq kimidi.

Elə bilirsən ki, gecədi düşən,
Baxıb qaranlığa baş sındırırsan.
Elə bilirsən ki, ölmüsən daha –
Başına qoymağa daş sındırırsan.

Elə bilirsən ki, günəşdi doğan,
Ümid eləyirsən – nəsə olacaq.
Elə bilirsən ki, səni çağıran
Nə vaxtsa Allahın səsi olacaq.

Elə bilirsən ki, yuxu görürsən,
Elə bilirsən ki...
Hardan biləsən?!

# 1876 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #