"Avroviziya"da son gün

"Avroviziya"da son gün
13 may 2023
# 13:00

Bu gün "Avroviziya" mahnı müsabiqəsinin finalı olacaq.

Kulis.az xəbər verir ki, Ukrayna adından Liverpulda keçirilən yarışmada 26 ölkə birincilik uğrunda mübarizə aparacaq. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və ötən ilin qalibi Ukrayna finala birbaşa vəsiqə qazanan ölkələrdir.

Birinci yarımfinalda finala vəsiqə qazanan ölkələr Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, ikinci yarımfinalda isə Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya olub.

Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlər finala vəsiqə qazana bilməyib.

# 898 dəfə oxunub

Müəllifin son yazıları

# # #