Söz qanan qəhətə çıxıb - Günün şeiri

Söz qanan qəhətə çıxıb - Günün şeiri
22 iyul 2021
# 11:27

Bu gün mərhum şair Akif Səmədin doğum gündür. Kulis.az bu münasibətlə “Günün şeiri” layihəsindən onun “Çıxaq gedək” rədifli gəraylısını təqdim edir

Könül, dünya gərdişləri
Bizlik deyil, çıxaq gedək.
Söz qanan qəhətə çıxıb,
Sözlük deyil, çıxaq gedək.

Ağac içindən yeyilir,
Qaya dibindən yuyulur.
İşlər astardan əyilir,
Üzlük deyil, çıxaq gedək.

Şaha razılıq eləmək,
Ya da tazılıq eləmək,
Qalıb qazılıq eləmək
Düzlük deyil, çıxaq gedək.

Qələmə lülə dedilər,
Gülümə güllə dedilər
Soruşdum, dillə dedilər:
"Sizlik deyil", çıxaq gedək.

Noyabr, 1992

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

# # #