Xərçənglə mübarizə aparan müğənnidən açıqlama

Xərçənglə mübarizə aparan müğənnidən açıqlama
8 iyul 2025
# 11:35

Britaniyalı müğənni Cessi Cey bir neçə həftə əvvəl sosial media hesabında döş xərçəngi olduğunu açıqlamışdı. Erkən diaqnoz qoyulduğunu və əməliyyat olunduğunu deyən britaniyalı müğənni səhhəti ilə bağlı açıqlama verib.

Kulis.az xəbər verir ki, 37 yaşlı müğənni əməliyyatdan əvvəlki gecə iki yaşlı oğlu Skay ilə videosunu paylaşaraq bədənində xərçəngin yayılmadığını yazıb.

Sağalması üçün daha çox vaxta ehtiyacı olduğunu və yenidən əməliyyat olunacağını bildirən sənətçi dəstək mesajlarına görə təşəkkür edib:

"Və... yaxşıyam. Nəticə: Xərçəng yayılmayıb. Dualara, sevgiyə, xoş arzulara, sevincə və bütün müsbət enerjiyə görə təşəkkür edirəm".

Qeyd edək ki, müğənninin Çanan Safir Kolmanla münasibətindən iki övladı var.

# 172 dəfə oxunub

Müəllifin son yazıları

# # #