Müğənni üçün mahnı mətni - Salam Sarvandan yeni şeir

Müğənni üçün mahnı mətni - Salam Sarvandan yeni şeir
7 yanvar 2021
# 16:02

Gözlərin:
islanmış kül kimi parıltılı,
çay qırağına qısılan köpük kimi oynaq,
dar pəncərəsindən uzaqlara boylanan
poçt qutusu kimi dərin.

Əllərin:
qum saatının ovucları kimi balaca,
teleqram kağızı kimi yumşaq,
əyilmiş qəddin kölgəsi kimi sərin.

Saçların:
köz işığı kimi qısa,
göz işığı kimi gur,
uçurum kimi tarım.

Dodaqların:
alov dili kimi nazik,
çörəyin içi kimi narın.

Özün:
yolumun qırağı kimi yaxın,
it hürən tərəf kimi uzaq,
külək kimi uzun.

# 2356 dəfə oxunub

Müəllifin son yazıları

# # #