Çingiz Abdullayev məşhur rejissordan yazdı: "Səni işıqlı xatırlayacam!"

Çingiz Abdullayev məşhur rejissordan yazdı: "Səni işıqlı xatırlayacam!"
6 iyul 2021
# 11:25

“Vladimir Menşov vəfat etdi. Bu gün eşitdim. O, hər kadrı öz sevgisinin işığı ilə doldururdu."

Kulis.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev dünən vəfat etmiş məşhur rusiyalı rejissor Vladimir Menşov haqqında sosial şəbəkə hesabında paylaşıb. O, daha sonra əlavə edib:

"Bəlkə də bu, elə ən əsas suala cavabdır. "Necə yaşamaq lazımdır?" sualına. O da belə yaşadı! Səni həmişə işıqlı xatırlayacam!”

Qeyd edək ki, V. Menşov 1981-ci ildə ekranlaşdırdığı “Moskva göz yaşlarına inanmır” filminə görə “Oskar” mükafatı qazanıb.

Bakıda dünyaya göz açmış 81 yaşlı rejissorun ölümünə COVİD-19 virusu səbəb olub.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

# # #