Oqtay Mirqasımov: "Kinoya bizim filmlərə yaraşmayan simalar gəlir"

Oqtay Mirqasımov:  "Kinoya bizim filmlərə yaraşmayan simalar gəlir"
20 aprel 2023
# 12:45

Kinoya bizim filmlərə yaraşmayan simalar gəlir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Oqtay Mirqasımov deyib.

“Kimsə deyə bilər ki, Oqtay çox subyektivdir, yaşa dolduqca öz bütövlüyünü itirib və ya nədənsə gənclərə yaxşı münasibət bəsləmir. Amma mən istərdim ki, bəzi sıradan çıxan şeylər, praktikada uğursuz şeylərlə əvəz olunanlar bərpa olunsunlar. Mən aktyorlardan başlasam da, bu hər şeyə aiddir”, - o deyib.

# 801 dəfə oxunub

Müəllifin son yazıları

# # #