Bir şairi öldürdülər – Günün şeiri

Eldar Baxış, şair

Eldar Baxış, şair

22 iyun 2022
# 12:40

Bu gün çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Eldar Baxışın doğum günüdür. Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsindən şairin öz həmkarı Məhəmməd Hadiyə yazdığı məşhur şeirini təqdim edir.

Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz - yar olmaz:

Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
dağda qar olmaz - qar olmaz

***

Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər
günün günorta çağında
ağacı elə kəsdilər -
kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.
nər qarnında - qartasında.
Bir şairi öldürdülər
bir ölkənin ortasında -
ölkə bilmədi-bilmədi.

# 4764 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #