"Qadınlar yalandan ərlərinin üzünə gülürlər..." - Qalib Şəfahət

"Qadınlar yalandan ərlərinin üzünə gülürlər..." - Qalib Şəfahət
31 yanvar 2024
# 15:45

Kulis.az Qalib Şəfahətin "Yalanlar" şeirini təqdim edir.

Ciblər hər gün
Yalan daşıyır evlərə…
Yalanla dolur,
boşalır evlər.
Uşaqlar yalan yeyib yatırlar.
Qadınlar yalandan
ərlərinin üzünə gülürlər.
Kişilər yalandan durub işə gedirlər.
Idarələr yalandan bağlı olur birdən,
Yalandan dost olur
bir-birinə insanlar…
Yalandan adam da olurlar,
Adamlar…
Yalandan doğulur yalanlar.
Bircə,
Yalandan ölməyir insanlar…

# 1498 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #