Yeni Azərbaycan filmi təqdim olunacaq

Yeni Azərbaycan filmi təqdim olunacaq
22 iyul 2014
# 11:48

Avqustun 2-də “Nizami” Kino Mərkəzində Milli Kino Günü ilə bağlı bayram tədbiri keçiriləcək. Bu barədə Kulis.az -a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib.

Onun sözlərinə görə, Milli Kino Günündə yeni bədii filmin təqdimatı keçiriləcək. Rejissor Elçin Musaoğlunun çəkdiyi, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan “Nabat” tammetrajlı bədii filmi tədbirin keçirildiyi “Nizami” Kino Mərkəzində təqdim olunacaq. Tədbirdə kino veteranları mükafatlandırılacağı gözlənilir, həmçinin film istehsalında fərqlənmiş kino mütəxəssislərinə həvəsləndirici mükafatlar veriləcək.

Bundan başqa Mərkəzin foyesində Dövlət Rəsm Qalereyasının təşkil etdiyi sərgidə Azərbaycan filmlərinə çəkilən geyim və dekor eskizləri nümayiş olunacaq.

# 3022 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #