"Poker Face", "Rain On Me" və "Bad Romance" kimi hitləri ilə tanınan dünya şöhrətli müğənni Ledi Qaqa dünya turnesini böyük ekranlara keçirməyə hazırlaşır.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, müğənni “The Chromatica Ball Tour” adlı konsert filminin hazırlıq mərhələsində olduğunu bildirib.
Ulduz, "Filmi görmək üçün səbirsizlənirəm", - deyə qeyd edib.
Qremmi və Oskar mükafatlı Qaqanın 6-cı studiya albomu olan "Chromatica" 2020-ci ildə işıq üzü görüb. 2022-ci ildə müğənni albomu Şimali Amerika və Avropada tanıtmaq üçün dünya turuna çıxıb.
Digər tərəfdən müğənni Todd Phillips-in çəkdiyi "Joker: Folie à Deux" filmi ilə tamaşaçıların görüşünə hazırlaşır. Qaqa filmdə Harley Quini canlandırır.