Hitler salamı kimi düzülüb işıq dirəkləri... - Amil Amalın yeni şeirləri

Hitler salamı kimi düzülüb işıq dirəkləri... - Amil Amalın yeni şeirləri
19 avqust 2024
# 16:30

Kulis.az Amil Amalın yeni minimalist şeirlərini təqdim edir.

bir

gözlərimi açıb doğulduğum anı

bir də

gözlərimi yumub öləcəyim anı

xatırlamayacam.

təəssüf.

***

Həmişəki kimi yenə də

Bakıda tıxacdayam.

Hitler salamı kimi düzülüb

işıq dirəkləri.

Hi Hitler!

***

Dağın zirvəsinə gedən

yollara bax!

bir dənə də olsun

düz yol görmədim.

Hamısı əyri-əyri,

dolama-dolama.

***

Vəziyyətə uyğun hərəkət yox,

hərəkətə uyğun vəziyyət.

***

sevəndə musiqisini

ayrılanda sözlərini

dinləyərsən

eyni mahnının.

# 936 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #