Mahir Qabiloğlunun növbəti romanı nəşr olunub

Mahir Qabiloğlunun növbəti romanı nəşr olunub
10 iyun 2019
# 11:24

Tanımış jurnalist, yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun növbəti romanı işıq üzü görüb.

Üç hissədən ibarət olacaq “İtbaşı” romanının 1-ci hissəsi “Adiloğlu” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru Eldəniz Elgün, bədii dizayneri Zaur Qafarzadə, korrektoru Mahmud Qəzənfəroğludur.

Roman orta əsrlər dövründə Göyverən adlı şahın öz məmləkətini necə idarə etməsindən bəhs edir. Romanın ikinci hissəsinin ilin sonunda tamamlayacağı gözlənilir. /azertag.az/

# 1171 dəfə oxunub

Müəllifin son yazıları

# # #