Əriyim, qarışım sənə - Xanım şairəmizdən erotik şeir

Əriyim, qarışım sənə - Xanım şairəmizdən erotik şeir
7 iyul 2021
# 09:57

Qarışdır saçlarımı,
Sığal çək yanağıma
Çək!
Möhtacam bircə toxunuşuna...
Aç dodaqlarını,
Amma bir şey söyləmə
Sus!
Bütün varlığımla hiss edim səni...
Sıx köksünə,
Üz ayaqlarımı yerdən
Üz!
Burda qan iyinə gəlir doğulanlar,
Burda xoşbəxtliyi
fonoqram yaşayır insanlar...
Qopar buralardan,
qopar, al, götür,
Lap odla, lap yandır məni
Əriyim, qarışım sənə
bütövcə SƏN olum,
silinim yer üzündən...
Ver əlini!!!
Veeer,
Veer
Ve...
e...
Ah!!!

Məhsəti Musa

# 4131 dəfə oxunub

Müəllifin son yazıları

# # #