Doğma musiqi - Ümmügülsüm

Doğma musiqi - Ümmügülsüm
3 aprel 2026
# 13:45

Kulis.az Ümmügülsümün "Doğma musiqi" şeirini təqdim edir.

Qopardı ruhumu bu gün yerindən,
Elimin qəlbindən gələn nəğmələr.
Dinlərəm mən səni ey doğma vətən,
Könül dalğalanar, heycana gələr.
Titrərkən telləri tar, kamançanm,
Ürəyim döyündü, əlim titrədi.
Ey gözəl vətənim! Eşqinlə sənin
Gözlərim yaşardı, dilim titrədi.
Ah gözəl musiqi, susma bir az da
Qoy ötsün bülbüllər, onlar menimdir.
Bir aləm canlanır hər tarda, sazda,
Bütün o sənətkar canlar mənimdir.
Çal, doğma musiqi, çal ki, sesinə
Qərib könüllərin ehtiyacı var.
Vurğun aşiqlərin hər nəfəsilə
Xəstələr dərdinə min şəfa tapar.
Çal, gözəl musiqi, gözəl muğamat,
Çal, bir az ağlayım, gülüm seninlə.
Qoy bəlkə özümü bir yanm saat
Elimin qəlbində bilim səninlə.
Bütün varlığımla dinlərəm səni,
Sən öz canım kimi yaxınsan cana.
Mən könül dostuyam, yad sanma məni
Canım səninlədir, getsəm her yana!

# 61 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər