Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı

Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı
12 aprel 2023
# 10:30

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dəniz Amerikada NASA-nın müsabəsində iştirak edərək mükafat qazanıb.

Kulis.az xəbər verir ki, xalq artisti bununla bağlı sosial şəbəkədə paylaşım edib.

"Bütün komandanı və onun üzvü olan Dənizimi ürəkdən təbrik edirəm! ABŞ-də NASA-nın “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə olaraq Azərbaycandan istedadlı gənclər qatılıblar və mükafata layiq görülərək Texas ştatının Hyuston şəhərində keçiriləcək finala vəsiqə qazanıblar. Uşaqlar, yolunuz açıq olsun", - deyə sənətçi paylaşımda qeyd edib.

Zülfiyyə Xanbabayevanın qızı NASA-nın mükafatını qazandı - FOTO

# 3796 dəfə oxunub

Müəllifin son yazıları

# # #