Bu oyunda kim uduzdu, kim uddu? - Günün şeiri

Xalq şairi Məmməd Araz

Xalq şairi Məmməd Araz

14 oktyabr 2023
# 13:00

Bu gün Xalq şairi Məmmər Arazın doğum günüdür. Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsində müəllifin "Nə bilim" şeirini təqdim edir.

Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də: daş üstə daş bitirəm,
Niyə uçdu bu qalacıq, nə bilim…

Damağımda bal sevdanın turş adı…
Uşaq ağlım inadını qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, - dedi,- ancaq: “nə bilim!”

Günlər mənə gün yazmağı unutdu,
Gülüm, günüm güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-ocaq, nə bilim…

# 4900 dəfə oxunub

Müəllifin son yazıları

# # #