Xalq artistinin həyat yoldaşı: “Oğlumun müalicəsi üçün üzüklərimi satmışam”

Xalq artistinin həyat yoldaşı: “Oğlumun müalicəsi üçün üzüklərimi satmışam”
4 oktyabr 2021
# 16:01

“Oğlum limfoma xəstəliyindən əziyyət çəkir, müalicə aldığı xəstəxanada vəziyyəti pisləşib.”

Bu sözləri Kulis.aza açıqlamasında mərhum Xalq artisti Elxan Əhədzadənin keçmiş həyat yoldaşı, Əhəd Əhədzadənin anası Qəmər xanım bildirib. O, daha sonra bunları deyib:

“Oğlum yeriyə bilmir, ağır xəstəliyi ilə yanaşı sətəlcəm də keçirir, indi həkimlər məsləhət gördülər ki, təcili yardım maşını ilə Respublika Xəstəxanasına köçürülsün. Maddi imkanım çox pisdir, qiymətli nəyim varsa satmışam. Qızıl əşyalarımı, beş üzüyümü... O üzüklərin birini Elxan biz evlənəndə Moskvadan alıb gətirmişdi. Başqa heç nəyim qalmayıb satmağa. İndi bilmirəm necə edim ki, oğlumun müalicəsini davam etdirim. Çox pis vəziyyətdəyəm.”

# 2595 dəfə oxunub

Müəllifin son yazıları

# # #