"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər
21 avqust 2026
# 16:30

Bu gün çuvaş şair, tərcüməçi Gennadi Ayqinin doğum və anım günüdür.

Kulis.az onun şeirlərini Aydan Ağayevanın sətri tərcüməsində təqdim edir.

Və toxunmadan...

Qorxmaq gərək

Həm körpə barmaqlarından,

Həm də həssas göyrüşün yarpaqlarından

Çünki:

Bu dünyada qorxulu heç nə və heç kəs yoxdur: Tanrıdan savayı!

O, xeyirdən də qüdrətlidir!

Sus, yadda saxla,

və bir də

özün bilirsən — səndən savayı...

22 aprel 1983

***

İyun qeydi

Müqəddəs Tixon gününə

Və günəş həqiqətən də artıq daha aram gedir
və quşlar susur...
Təkcə bülbül öz bildiyini oxumaqda davam edir,
Amma artıq araya girir
fasilələr,
arabir qəfil nidalarlarla
elə bil «mən?.. yoxsa mən deyiləm?» —

elə bil yenə də güc taparaq

özünü unutqanlığa təslim etməməyə çalışır...

29 iyun 1997

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər