Ancelina Coli Bred Pittdən sonra nə edəcək? - AÇIQLAMA

Ancelina Coli Bred Pittdən sonra nə edəcək? - <span style="color:red;">AÇIQLAMA
5 sentyabr 2017
# 10:39

Hollivud aktrisası Ancelina Coli yaşadığı “ailə böhranı”ndan sonra nə edəcəyi haqda mətbuata danışıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Ancelina Coli işinə qayıdacaq.

Aktrisa aktyor və prodüser Bred Pitlə ayrıldıqdan sonra yaranan “çətin ailə vəziyyəti”ni düzəltmək üçün bir il fasilə götürüb.

Aktrisanın sözlərinə görə, onun növbəti layihəsi artıq bu il işləyəcəyi “Malefisenta” Disney nağılının sikveli olacaq.

Bundan əlavə, Coli əlində “Kleopatra” ssenarisinin olduğunu da söyləyib.

“Ağlımda çox fikirlər var, amma hələ ki, hansısa bir öhdəlik götürməmişəm” – deyə aktrisa əlavə edib.

Xatırladaq ki, Ancelina Colinin rejissorluğu ilə çəkilən “Əvvəlcə atamı öldürdülər” filminin treyleri çıxıb.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

# # #