Bu gün Viktoriya dövrü ingilis yazıçısı Elizabet Qaskellin anım günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Bulud heç vaxt üfüqün bizim boylandığımız tərəfindən gəlmir.
*
Mənə nifrət etdiyini bilirəm, icazə ver deyim ki, bu, məni anlamadığın üçündür.
*
Gözləmək, hərəkət etməkdən qat-qat çətindir.
*
Kitablara bir uşağın tortlara baxdığı kimi - parıldayan gözlərlə, ağzı sulanaraq və məni gözləyən həzzi təsəvvür edərək baxıram.
*
Düşünmək məni dəfələrlə kədərləndirib, əzizim, amma hərəkət etmək ömrüm boyu heç vaxt kədərləndirməyib... Mənim prinsipim budur: bir iş gör, bacarırsansa yaxşılıq et, amma nə olursa-olsun, mütləq bir iş gör.
*
Onun axmaq olduğunu deməyəcəyəm, amma məncə, ikimizdən biri axmaq idi və o mən deyildim.
*
Kişilər qadınlardan necə də fərqli idilər!
*
Bəzən adam axmaq insanları axmaqlıqlarına görə, müdrik insanları müdrikliklərinə görə sevdiyindən daha çox sevir.
*
Özləri xoşbəxt və uğurlu olanlar başqalarının bədbəxtliyinə çox vaxt yüngül yanaşırlar.
*
Mən özünə düşkün, şəhvətpərəst insanları nifrətimə layiq görmürəm, sadəcə xarakterlərinin zəifliyinə görə onlara ikrahla baxıram.
*
Gözləmək həzzin ruhu idi.
*
Nələrin ola biləcəyini dərk etdikcə, olanlara şükür etməyə başladı.
*
Meyil və istək öndə gedəndə fürsətlər çox vaxt əskik olmur.
*
O, qızı sevirdi və sevəcəkdi də - həm ona, həm də bu dözülməz fiziki ağrıya meydan oxuyacaqdı.
*
Bir sirrin üstünü açmaqda, insanı həqiqətə aparan o hörümçək toru qədər incə ipucundan yapışmaqda həmişə xüsusi bir zövq var.
*
Ən uzun cığırın belə bir döngəsi olur.
*
Səndən başqa heç kim məni sevmir, heç kim mənim qayğıma qalmır, ana.
*
Qəzəbə kəskinlik verməkdə yaralanmış məhəbbətin tayı-bərabəri yoxdur.
*
Bir az sadəlövhlük insana həyat yolunda çox rahat irəliləməyə kömək edir.
*
Tənha həyat sadə xəyalları bəsləyərək onları dəliliyə çevirir.
*
Gözləməyin nə faydası var? Qaynamağı gözlənilən qazan heç vaxt qaynamaz.