Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi
12 noyabr 2026
# 12:03

İngiltərənin tanınmış komediyaçısı, aparıcısı və bestseller uşaq kitablarının müəllifi Devid Uilyams şöhrətindən istifadə edərək azyaşlı və gənc qızlara qarşı cinsi istismara yol verdiyi iddiaları ilə gündəmə gəlib.

Kulis.az xəbər verir ki, "ITV News" və "The Guardian" nəşrlərinin birgə araşdırmasında bir qadın 15 yaşında ikən Uilyamsın Londonadakı evində cinsi zorakılığa məruz qaldığını deyib, digər qadınlar isə yeniyetməlik dövrlərində oxşar davranışlarla qarşılaşdıqlarını iddia ediblər.

55 yaşlı Uilyams iddiaları qətiyyətlə rədd edərək qanunları pozmadığını bildirsə də, Ali Məhkəmə onun xəbərlərin yayılmasını əngəlləmək tələbini rədd edib.

Qalmaqalın ardından ona ciddi sanksiyalar tətbiq olunmağa başlayıb:

Yayım korporasiyası məşhur "Little Britain" şousu başda olmaqla, Uilyamsın yer aldığı və ya müəllifi olduğu bütün layihələri platformalarından silmək qərarına gəlib.

Müəllifin kitabı əsasında çəkilən "Fing!" filmindən Uilyamsın səhnələri çıxarılıb, "Sky" şirkəti isə filmin yayımından imtina edib.

Ötən il "HarperCollins" nəşriyyatının əməkdaşlığı dayandırdığı yazardan indi də ədəbiyyat agentliyi "Independent Talent Group" imtina edib.

Məhkəmə prosesi zamanı Uilyamsın vəkili müvəkkilinin bu iddialar səbəbindən ağır psixoloji sarsıntı keçirdiyini və intihara cəhd etdiyini açıqlayıb.

London polisi isə potensial zərərçəkmişlərin rəsmi şikayət etmələri üçün araşdırmalara dəstək verir.

# 51 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər