BSU əməkdaşlarının yeni kitabı

BSU əməkdaşlarının yeni kitabı
7 mart 2016
# 17:31

Bakı Slavyan Universitetinin "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası əməkdaşlarının 2005-2015-ci illər elmi-tədqiqat işlərinin toplusu çapdan çıxıb. Kulisin məlumatına görə topluda ötən on il ərzində laboratoriya əməkdaşlarının bir sıra respublika və beynəlxalq elmi konfranslarda etdikləri məruzələr öz əksini tapıb.

“Mütərcim” nəşriyyatında çap olunmuş “Şərq-Qərb -2” adlı bu kitab Bakı Slavyan Universitetinin Elmi Şurasında (30 noyabr 2015-ci il tarixli iclas) təsdiq olunmuş və çap olunmağı tövsiyə olunmuşdur.

Məlumat üçün qeyd edək ki, "Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası Bakı Slavyan Universiteti rektorunun 2001-ci il 23 yanvar tarixli 7 saylı əmri ilə yaradılıb.

Laboratoriya avrasiyaçılıq, türk-slavyan mədəni, ədəbi, dil əlaqələrinin tarixini müasir durumunu və digər problemləri araşdırır.

# 1411 dəfə oxunub

Müəllifin son yazıları

# # #