Müğənni Aybike Çelik sevgilisi, "Yüzyüzeyken konuşuruz"un bas gitaristi Can Tunaboylunun ona şiddət göstərdiyini açıqlayıb.
Kulis.az xəbər verir ki, Aybike bu barədə instaqramda yazıb.
O, bədənindəki izləri, göyərmiş gözünün və sınıq qolunun fotosunu paylaşaraq qeyd edib:
"13 gün qırıq qolla, gözü gömgöy olmuş halda evdə həbs edildim. Bayıra yalnız onun konserti olan gün çıxa bildim. Həmin gün qrupdakılara və menecerlərinə gözümü göstərdim. O, səhnədə olanda üzümdəki makiyajı silib onlara hər şeyi göstərməyə çalışdım. Amma bunları uzaqdan görüb, üstümə gələrək burada istənmədiyimi dedi.
Şiddət gördüyüm üçün xəstəxanaya aparılmadım. Evdə psixoloji şiddətlər davam etdi. Qolumdakı sınıq bəsit tibbi müdaxilə ilə keçə bilməyəcəyi üçün hüquqi proses başladılmışdı. Lakin bütün bunlara baxmayaraq buna səbəb olan şəxs heç nə olmamış kimi həyatına davam edir. Bu, əsəblərimi pozur".
Məsələyə münasibət bildirən Can Tunaboylu isə iddiaları təkzib edərək hüquqi proses bitdikdən sonra açıqlama verəcəyini deyib.
"Yüzyüzeyken konuşuruz"un gitaristi sevgilisini döyüb? - İddia
Müəllifin son yazıları
“Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı oldu
17:23
26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən
15:10
26 fevral 2026
Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”
14:00
26 fevral 2026