#

“Yuğ” Teatrı beynəlxalq festivalda iştirak edəcək

“Yuğ” Teatrı beynəlxalq festivalda iştirak edəcək
17 iyun 2023
# 15:30

Azərbaycan Dövlət “Yuğ” Teatrı Gürcüstanın Kutaisi şəhərində təşkil olunan "Teatral İmereti" beynəlxalq teatr festivalında iştirak edəcək. Sözügedən festival Gürcüstanda Kutaisidə yerləşən Mesxişvili Dövlət Teatrında keçirilir.

Kulis.az xəbər verir ki, bu barədə sənət ocağının mətbuat xidmətindən məlumat verilib.

“Hər il keçirilən bu festivala 20-dən çox ölkə qatılır. Festival çərçivəsində Azərbaycanı “Yuğ” Dövlət Teatrı V.Şekspirin "III Riçard" əsəri əsasında, bolqarıstanlı rejissor Hristo Stoiçevin quruluşunda "Lənət" tamaşasını iyunun 20-də nümayiş etdirəcək. Səhnə əsərində Əməkdar artist Qasım Nağı və digər aktyorlar Oqtay Mehdiyev, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova çıxış edəcəklər”, - deyə məlumatda vurğulanıb.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #