Koreya Fondunun təşkilatçılığı, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Azərbaycanın 3 filmi “Qlobal film həftəsi” çərçivəsində Seulda nümayiş olunacaq.
Oktyabrın 16-da rejissor Rövşən İsaxın “Aktrisa”, oktyabrın 23-də “Arşın mal alan”, oktyabrın 30-da isə rejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi Koreya Fondunun Qlobal Mərkəzində yerli kinosevərlərə təqdim olunacaq. /azertag.az/