Azərbaycanlı müğənni Vəfa Şərifova duet oxumaları qarşılığında Yıldız Tilbeyə 100 min dollar ödədiyini iddia edib və o, bildirib ki, ödəniş edilsə də, Tilbe onunla duet oxumayıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Yıldız Tilbənin vəkili Handan Bakbak açıqlama verərək bu iddianı təkzib edib.
Açıqlamada deyilir:
“Müvəkkilimiz hörmətli Yıldız Tilbə haqqında Azərbaycanlı müğənni Vəfa Şərifova tərəfindən vizual və yazılı mediada yer alan, həqiqətə uyğun olmayan, əsassız, haqsız və son dərəcə qeyri-etik ittiham və isnadlarla hazırlanmış, şəxsin öz reklamını və populyarlığını hədəfləyən televiziya proqramı və sosial media paylaşımları səbəbilə mətbuata bu açıqlamanı vermək zərurəti yaranıb.
Hörmətli Yıldız Tilbə ilə duet oxumaq üçün 100 min dollar ödədiyini, Tilbənin pulu aldığı halda duetdən imtina etdiyini və onu çətin vəziyyətdə qoyduğunu iddia edən bu şəxslə tanınmış sənətçimizin hər hansı bir əlaqəsi, paylaşımı, əməkdaşlığı və ya görüşü olmamışdır.
Uydurulmuş, yönləndirilmiş, hüquqa zidd, bir şəxsin nüfuzunu və şöhrətini qərəzli şəkildə hədəfə alan və ən əsası cinayət tərkibi daşıyan bu vəziyyət hüquqi prosedurlara mövzu ediləcək.
İctimaiyyətin və aidiyyəti şəxslərin diqqətinə çatdırılır. Sayğılarımızla”