Yeni ayaqqabı və 2,3 milyon dollar

Yeni ayaqqabı və 2,3 milyon dollar
17 yanvar 2025
# 09:58

Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest özünün "Yeezy" brendindən yeni ayaqqabı modelini təqdim edib.

Kulis.az xəbər verir ki, reper bir gündə YZY SL-01 ayaqqabılarının satışından 2,3 milyon dollar qazanıb. Onların bir cütün qiyməti 20 dollardır.

Ayaqqabılar rus dizayneri Qoşa Rubçinskinin rəhbərliyi altında buraxılan yeni geyim kolleksiyasının bir hissəsidir. O, 2023-cü ilin dekabrından "Yeezy"nin dizayn rəhbəri olaraq çalışır.

# 139 dəfə oxunub

Müəllifin son yazıları

# # #