Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq

Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
21 may 2019
# 17:03

Xalq artisti, bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, konsert İyunun 25-də Heydər Əliyev Sarayında baş tutacaq.

Konsertdə Xalq artistləri Samir Cəfərov, Azər Zeynalov, Zaur Rzayev, Nazpəri Dostəliyeva, Mələkxanım Eyyubova, Əməkdar artistlər Teymur Əmrah, Zaur Əmiraslanov, Arzu Əliyeva, İlkin Əhmədov, Zakir Əliyev, Aybəniz Haşımova, Lalə Məmmədova, Nigar Şabanova, Aqşin Abdullayev, tanınmış müğənnilər Ayaz Qasımov, Samir Piriyev, Rövşən Əziz, Ərəstun Quliyev, Nərmin Kərimbəyova, Nadir Qafarzadə, Nicat Cəfərzadə, Kamilə Nəbiyeva, Səbinə Ərəbli, Almaxanım Əhmədli, Fuad Musayev, Zabitə Alıyeva və başqaları iştirak edəcək. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiət edəcək.

# 2064 dəfə oxunub

Müəllifin son yazıları

# # #