Yazıçı Elçin Məhərrəm Ombudsmana müraciət etdi

Yazıçı Elçin Məhərrəm Ombudsmana müraciət etdi
14 iyul 2024
# 11:51

Yazıçı Elçin Məhərrəm bir sıra dövlət qurumlarına, həmçinin, Ombudsmana müraciət edib.

Kulis.az xəbər verir ki, Mingəçevir Dövlət Dram Teatrında ədəbi-hissə müdiri vəzifəsində çalışmış Elçin Məhərrəm işdə pozulan hüquqlarını bərpa etmək, teatrda baş verən xoşagəlməyən, qanunsuz halların aradan qaldırılması üçün, şəxsinə edilən təhdidlər, hədələri əsas gətirərək rəsmi olaraq (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Obudsman və s.) aidiyyəti qurumlara müraciət edib.

Həmçinin, məhkəməyə müraciət edən yazıçının iddiası əsasında 26.07.2024 tarixində saat 11:00-da Mingəçəvir Şəhər Məhkəməsində iclas keçiriləcək.

# 1798 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #