Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı

Möhsün Nağısoylunun yubileyinə həsr olunmuş kitab sərgisi açıldı
1 sentyabr 2026
# 17:30

Milli Kitabxanada filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylunun 80 illik yubileyinə həsr olunmuş kitab sərgisi istifadəçilərə təqdim edilib.

Kulis.az xəbər verir ki, “Möhsün Nağısoylu - 80” adlı ənənəvi sərgidə alimin monoqrafiyaları, dərslikləri, “Ön söz” müəllifi, tərtibçisi və rəyçisi olduğu nəşrlər, tərcümələri və redaktəsi ilə hazırlanmış kitablar, həmçinin onun həyat və yaradıcılıq yoluna həsr olunmuş Azərbaycan dilində nəşrlər və dövri mətbuat materialları nümayiş olunur.

Möhsün Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 200-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Alim bir sıra beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış edib. Onun məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan, Qazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxıb.Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı Türkiyədə, “Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr edilib.

# 60 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər