Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu
19 aprel 2024
# 12:00

Oskar mükafatı laureatı Xoakin Feniksin "Napoleon" filmindəki perfomansı tənqid olunub.

Kulis.az xəbər verir ki, "Varislik" serialının ulduzu Brayan Koks rolu Feniksdən daha yaxşı oynaya biləcəyini deyib:

"Bu, mütləq onun günahıdır, rejissorun da ona kömək etdiyini düşünmürəm. Ondan qat-qat yaxşı oynayardım".

Rejissor Ridli Skott isə "Coker" filmində Feniksin ifasını izləyərkən çox təsirləndiyini və bu səbəbdən onu "Napoleon" üçün seçdiyini deyib:

“Xoakinə baxıb dedim ki, bu balaca şeytan Napoleon Bonaparta bənzəyir”.

Ülvi Bahadır

# 296 dəfə oxunub

Müəllifin son yazıları

# # #