"Allaha salam" adlı yeni film çəkilir. Qısametrajlı bədii filmin çəkilişlərinə oktyabrın 27-də start verilib.
Bu barədə Kulis.az-a filmin ssenari müəllifi və rejissoru Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, film Birinci Qarabağ müharibəsindən, Qarabağ qazisinin həyatından, ağrı-acılarından və zəfərimizdən bəhs edir.
Çəkilişləri Şamaxı və Şabran rayonlarında baş tutacaq filmdə baş rolu Xalq artisti Məmməd Səfa oynayacaq.
"Allaha salam"ın quruluşçu operatoru Məmmədəmin Əlizadə, texniki məsləhətçisi Rafiq Əliyev, bədii rəhbəri Oktay Mir Qasımdır.
Qeyd edək ki, Xəyal Rza eyni zamanda "Maya" sənədli filminin müəllifidir. Qadın taleyindən bəhs edən "Maya" kino ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.