Dekabrın 22-də, saat 19-da Nizami Kino Mərkəzində görkəmli kinorejissor Şamil Mahmudbəyovun son, ictimaiyyətə təqdim olunmamış filmi göstəriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin “kino yaradıcılığı və filmlərin təbliği” sektorundan Kulis.aza verilən məlumata görə, Şamil Mahmudbəyovun 1996-cı ildə çəkdiyi “Adam” adlanan qısametrajlı filmi rejissorun ölümündən sonra, 2010-cu ildə dövlət sifarişi ilə “Yeni dalğa” prodüser mərkəzində tamamlanıb. Yarımçıq qalmış montaj və post-prodakşn işlərini filmin operatoru Nizami Abbas həyata keçirib.
Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından və ümumilikdə insan tənhalığından bəhs edir.
- Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
- Jül Vern haqqında bilmədiyimiz 15 fakt
- Beynəlxalq "Səs" yarışmalarında iz qoyan 5 azərbaycanlı müğənni - Siyahı
Filmin ssenari müəllifləri Balaş Abbaszadə, Nəriman Əbdülrəhmanlı, quruluşçu operatoru Nizami Abbas, prodüseri Rasim Həsənovdur. Rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov və başqaları ifa edirlər.