Marsa uçan avtomobildə bu mahnı səslənəcək - VİDEO

<b>Marsa uçan avtomobildə bu mahnı səslənəcək</b> - <span style="color:red;">VİDEO
7 fevral 2018
# 13:07

Dünən bizim saatla saat 23:20-də roket daşıma şirkəti SpaceX və elektrikli avtomobil istehsalçısı Teslanın birlikdə hazırladıqları “Falcon Heavy” adlı Mars raketi uçuşa başladı. Kulis.az məlumatına görə Marsa səfər üçün ilk addım olan bu tarixi anı milyonlarla insan canlı izlədi.

Uçuş problemsiz baş verib. Raketin içinə bir Tesla avtomobili yerləşdirilib. Avtomobil SpaceX və Tesla şirkətlərinin qurucusu Elan Muska məxsusdur.

Avtomobilə skafandr geyimində süni pilot da yerləşdirilib.

Marsın orbitinə keçib orda hərəkətini davam etdirəcək avtomobilin maqnitofonunda David Bowie'nin Space Oddity musiqisi səslənir.

Həmin musiqini təqdim edirik.

# 1017 dəfə oxunub

Müəllifin son yazıları

# # #