Təhsil ekspertindən Xalq şairinə sərt sözlər: “Görün, kimlər şair olub?”

Təhsil ekspertindən Xalq şairinə sərt sözlər: “Görün, kimlər şair olub?”
19 iyun 2019
# 09:39

Təhsil eksperti Etibar Əliyev özünün Facebook səhifəsində yaxınlarda Xalq şairi adını almış Vahid Əzizlə bağlı sərt tənqidi fikirlər yazıb. O, bildirib:

“Təzəcə Xalq şairi adını almış Vahid Əziz erotik şeir yazanları pisləyib. Görün sonra nə yazıb:

"Erotikadan yazanda elə yazsınlar ki, zövq oxşasın. Mən də erotikadan yazmışam:

Qolum bir gözəlin belində kəmər,

yoxuşa mərmərdir, enişə məxmər.

Çalışmışam ki, gözəl yazım, çılpaqlıq poeziya deyil. Yataqda baş verənlər ancaq yataqda qalmalıdır, orda baş verənləri qələmə almaq şeir deyil”.

Qolunu aşağı sal, qoca kişisən.

Görün kimlər şair olub, bu məmləkətdə? Yoxuşu mərmərdir, enişi məxmər. Bu da mənim şeirim.”

# 3688 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #