Azərbaycanlı şair vəfat edib

Azərbaycanlı şair vəfat edib
13 sentyabr 2021
# 09:52

Şair İlqar Manafoğlu (İlqar Qasımov) vəfat edib.

Bu barədə Kulis.aza mərhumun yaxınları məlumat verib.

Onun bir müddət öncə insult keçirdiyi bildirilir.

İ.Qasımov “Hüquqi Yardım” İctimai Birliyinin sədri kimi tanınırdı.

O, eyni zamanda yaradıcılıqla məşğul idi. “Dünya eşqdən yaranıb” və “Dön geri” şeirlər kitabının müəllifi idi.

Mərhum bu gün doğulduğu Lənkəran rayonunda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin.

# 2133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #