Həbs olunan yazıçıya şər atıblar – Yeni İddia

Həbs olunan yazıçıya şər atıblar – Yeni İddia
18 may 2018
# 10:00

Üç nəfərin ölümündə təqsirli bilinən məşhur türk yazar Emrah Serbesin vəkili müttəhimi müayinə edən həkim və onu həbs edən iki polis haqqında iddia qaldırıb.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, vəkil yazıçı haqqında açılan cinayət işində reallığı əks etdirməyən həkim rəyinin və ağırlaşdırıcı halları nəzərdə tutan yalançı faktların yer aldığını bildirib.

Xatırladaq ki, ötən il İzmirdə Emrah Serbesin idarə etdiyi avtomobil başqa bir avtomobilə çırpılmış, nəticədə ər-arvad və qızları həlak olmuşdu. Cinayəti əvvəlcə Emrah bəyin dostu öz boynuna almış, bir müddət sonta yazıçı gerçəyi etiraf edərək polisə təslim olmuşdu.

E.Serbesin maşını idarə edərkən içkili olduğu iddia edilir.

# 1640 dəfə oxunub

Müəllifin son yazıları

# # #