Yaradıcılıq Fakültəsinə qəbul elan edildi – Təhsil ödənişsizdir

Yaradıcılıq Fakültəsinə qəbul elan edildi – Təhsil ödənişsizdir
25 iyul 2019
# 14:23

Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Dillər Universiteti (ADU) “Əlavə təhsil və təcrübə fakültəsi” ilə birgə yenidən bərpa edilən “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edir.

Kulis.azın verdiyi xəbərə görə, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan və böyük marağa səbəb olan virtual “Yaradıcılıq fakültəsi” qısa fasilədən sonra yenidən, daha təkmilləşmiş formada geri qayıdır.

Fakültədə təhsil ödənişsiz olacaq.

Fakültədə dərslər həftədə 4 dəfə olmaqla 4 akademik saat təşkil edir. Fakültədə tələbələrə Xarici dil (ingilis, rus), Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı, Mədəniyyətşünaslıq, Mifologiya tarixi, Fəlsəfə və s. fənlər keçiləcək, eyni zamanda, yazmaq sənəti ilə bağlı ustad dərsləri, praktiki məşğələlər, tanınmış imza sahibləri ilə görüşlər, müxtəlif sənət mərkəzlərinə ekspedisiyalar təşkil ediləcək.

Qəbul iki mərhələli olacaq: birinci mərhələ - yaradıcılıq nümunələrinin qiymətləndirilib seçilməsi; ikinci mərhələ - seçilənlərlə müsahibə.

Fakültəyə cəmi 25 nəfər qəbul ediləcək.

Fakültəyə qəbulla bağlı birinci mərhələ üçün tələb olunan sənədlər aşağıdakılardır:

- Tərcümeyi-hal;

- Yaradıcılıq nümunəsi (şeirdirsə 5 şeir, hekayə və ya essedirsə 10 min işarə)

- Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;

- 3x4 ölçüdə 2 ədəd fotoşəkil;

Tələb olunan sənədlər elektron formada [email protected] ünvanına avqustun 10-na qədər göndərilməlidir.

Təhsil müddəti 2 ildir.

Fakültəni bitirənlərə Azərbaycan Yaradıcılıq Fondunun və Azərbaycan Dillər Universitetinin ortaq sertifikatı veriləcək.

Ötən illərin məzunları bir daha qatıla bilməz.

# 2928 dəfə oxunub

Müəllifin son yazıları

# # #