Spilberq qorxu serialı çəkir

Spilberq qorxu serialı çəkir
11 iyun 2019
# 10:39

Məşhur rejissor Stiven Spilberq yeni yayım kanalı Quibi üçün 2020-ci ildə yayımlanacaq qorxu serialı çəkəcək.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, serialı yalnız gecə yarısı izləmək mümkün olacaq. Günəş çıxdıqda serial yayımlanması avtomatik dayandırılacaq.

Hələlik serialın ssenarisi üzərində işləyən Spilberq serialın 10 və ya 12 bölümdən ibarət olacağını söyləyib. Rejissorun tamaşaçılardan yeganə ricası serialı gecə saatlarında izləməkdir ki, buna da xüsusi sistemin köməyilə nail olacaqlar.

# 1507 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #