Məşhur ifaçının gündəliyindən: "...intim həyatıma mane olurdu"

Məşhur ifaçının gündəliyindən: "...intim həyatıma mane olurdu"
3 oktyabr 2019
# 11:21

Əfsanəvi müğənni, "Quen" qrupunun fenomeni Freddi Merkurinin intim həyatı ilə bağlı gözlənilməz faktlar meydana çıxdı.

Kulis.azın rus saytlarına istinadən verdiyi xəbərə görə, müğənninin yeni çapdan çıxmış “Freddi Merkuri şəxsi həyatı haqqında” adlı memuarında Merkuri intim həyatından bəhs edib.

Gecələr mahnı bəstələmək həvəsinə düşərək pianinonun arxasına keçməsi Merkuri ilə sevgilisi Meri Ostin arasında mübahisələrə səbəb olurmuş.

“Mən ilham gələn məqamları əldən verə bilməzdim. Yataqdan qalxıb pianonun arxasına keçirdim. Amma bu Merinin xoşuna gəlmirdi. O düşünürdü ki, bu bizim intim həyatımızı korlayır”. – deyə müğənni gündəliyində qeyd edib.

Xatırladaq ki, mübahisəli orientasiyası olan müğənni 45 yaşında spid xəstəliyindən dünyasını dəyişib.

# 2392 dəfə oxunub

Müəllifin son yazıları

# # #