Hamının əzbər bildiyi şeir – Mətn

Hamının əzbər bildiyi şeir – Mətn
22 aprel 2020
# 11:01

Vaxtı ilə bu şeiri hamı əzbər bilirdi. Uşaqlar məktəbə getməmiş evdə valideynləri bu şeiri onlara əzbərlədirdilər. Gələcyin qarantı olan bu üç bənd o dövrün qeyri-rəsmi himni idi. Bu şeirsiz məktəbdə oxumaq mümkün deyildi. Çünki hamının “Lenin babası” haqqında yazılmış, yəqin ki, ən sadə və oxunaqlı şeir idi. Kulis.az Leninin doğum günündə Xalq şairi Hüseyn Arifin qələmə aldığı həmin şeiri təqdim edir.

Açıldı gözəl səhər,
İşıqlandı obamız.
Azadlıq verdi bizə
Lenin, əziz babamız.

Məktəbləri, bağçanı
O açdı üzümüzə.
Oxuyub öyrənməyi
Vəsiyyət etdi bizə.

Qəlbimizdə hər zaman
Qalacaq məhəbbəti
Çıxmaz heç yadımızdan
Leninin vəsiyyəti.

# 7561 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #