Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto

Kiyevdə Nəsiminin heykəlinin açılışı baş tutub - Foto
24 may 2019
# 15:21

Ukraynanın paytaxtı Kiyev şəhərində İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.

Kulis.azın məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.

Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur.

Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb.

# 2547 dəfə oxunub

Müəllifin son yazıları

# # #