Aynur İmranova: “Ölüm kimi soyuq zaman”-Ən qısa hekayə

Aynur İmranova: “Ölüm kimi soyuq zaman”-Ən qısa hekayə
17 dekabr 2013
# 09:00

Kulis.az Aynur İmranovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ölüm kimi soyuq zaman” (378 işarə) hekayəsini təqdim edir.

Soyuq baş daşı... Buz kimi qəbir... Şəkildə çox sevdiyim, amma üzü heç nə ifadə etməyən doğma sima...

Yaxınlıqda üstünə qırmızılar bağlanmış başqa bir qəbir... O daşda 2013 yazılıb, mənimkində 2003... Orda acıdan nalə çəkən qara paltarlı bir gəlin var, burda təəssüf dolu gözlərindən səssiz yaş axıdan bomboz iki göz...

“Heç vaxt unutmaram”- deyir O gəlin, “səndən başqa heç kim olmayacaq, heç vaxt”...

...Mən .... halallıq istəməyə gəlmişəm...

# 4354 dəfə oxunub

Müəllifin son yazıları

# # #